[b]Əliyar Ağayev: “Qəbələ” üçün kabus[/b]
03.03.2017 - 19:16
[b]Əliyar Ağayev: “Qəbələ” üçün kabus[/b]

FİFA referisi Əliyar Ağayev son vaxtlar “Qəbələ” üçün kabusa çevrilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının lideri bu hakimin idarə etdiyi son üç matçda qələbəyə həsrət qalıb.

 

Ümumilikdə, Ağayevlə “qırmızı-qaralar”ın yolları bu mövsüm 5 dəfə kəsişib. X turda “Neftçi” üzərində 4:1 hesablı qələbə qazanan əyalət klubu XIV turda “Kəpəz”dən üstün olub – 2:1.

 

Bu, “Qəbələ”nin Ağayevin idarə etdiyi matçlarda son qələbəsi idi. Sonrakı görüşlərin hamısı heç-heçə başa çatıb. XXV turda “Sumqayıt”la 1:1, XVIII turda “Zirə” ilə 2:2 və XX turda “Kəpəz”lə 1:1 hesablı heç-heçə edən Qriqorçukun yetirmələri bu matçlarda 6 xal itirib.

 

Ağayev “Qəbələ”yə 2 qırmızı və 12 sarı vərəqə göstərib. Onların rəqibləri isə 2 qırmızı və 14 sarı alıb. “Qırmızı-qaralar”ın lehinə 2, əleyhinə 1 penalti qərarı verib.

 

Qeyd edək ki, bu matçlardan ilk üçünü evdə keçirən əyalət təmsilçisi son iki görüşdə qonaq qismində olub.