[b]“Barselona”nın oyunu Əliyar Ağayevə tapşırıldı[/b]
02.03.2016 - 15:01
[b]“Barselona”nın oyunu Əliyar Ağayevə tapşırıldı[/b]

UEFA Azərbaycanın FİFA dərəcəli hakimlərinə təyinat verib. Apasport.az saytının məlumatına görə, 7 təmsilçimiz martda keçiriləcək beynəlxalq oyunlarda iştirak edəcək.

 

Əliyar Ağayevin briqadası “Barselona”nın U-19 komandasının “Anderlext”lə Belçikadakı görüşündə ədaləti qoruyacaq. Digər 4 hakimimiz isə yeniyetmələrin Avropa çempionatının elit mərhələsində iştirak edəcək.

 

8 mart

UEFA Gənclər Liqası

“Anderlext” (Belçika) – “Barselona” (İspaniya)

Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov

 

22-27 mart

U-17 qızlar, elit-raund

Şimali İrlandiya, Danimarka, İspaniya, Ukrayna

Səbayel Qurbanova, Xəyalə Əzizzadə

 

23-30 mart

U-19, elit-raund

Hollandiya, Polşa, Ukrayna, Şimali İrlandiya

Rəhim Həsənov, Namiq Hüseynov

 

24-29 mart

U-17 qızlar, elit-raund

Belçika, İngiltərə, İslandiya, Serbiya

Yuliya Larionova, Aybəniz Əsgərzadə

 

Mənbə: affa.az