[b]Əliyar Ağayev Balotellini görməyəcək[/b]
23.11.2016 - 01:00
Mario Balotelli Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq “Nitsa” – “Şalke” oyununu buraxacaq. Apasport.az saytının məlumatına görə, bu barədə fransız klubu açıqlama yayıb.
Bildirilib ki, italiyalı hücumçu məşqdə zədələndiyi üçün məlum görüşü buraxmalı olacaq.
Bu mövsüm “Nitsa”nın heyətində bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 7 qol vuran Mario yenidən formasını bərpa edir.
Qeyd edək ki, adıçəkilən görüşü Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
0
0