[b]Əliyar Ağayev Hollandiya millisinin oyununda[/b]
30.08.2016 - 17:02
[b]Əliyar Ağayev Hollandiya millisinin oyununda[/b]

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin matçını idarə edəcək.

 

O, 8-ci qrupun Belarus – Hollandiya oyununda fit çalacaq. Bu görüş sentyabrın 2-də keçiriləcək.

 

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, Ağayev sentyabrın 6-da Rusiya və Qana millilərinin yoxlama oyununda da baş hakim kimi meydana çıxacaq.

 

Mənbə: affa.az