[b]Əliyar Ağayev I diviziona göndərildi[/b]
03.03.2017 - 16:31
[b]Əliyar Ağayev I diviziona göndərildi[/b]

Futbol üzrə Azərbaycan I Divizionunda XVIII turun təyinatları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, aşağı liqaya “sürgün edilən” iki FİFA referisi də var.

 

Bunlar Əliyar Ağayev və Ömər Paşayevdi. Martın 5-də Premyer Liqa çərçivəsində “Neftçi” – “Zirə” görüşünün ehtiyat hakimi olacaq Ağayev bundan bir gün öncə Tovuzda “Turan Tovuz” – “Şəmkir” qarşılaşmasını idarə edəcək.

 

Bu ildən FİFA dərəcəsini alan Ömər Paşayev isə əvvəlcə “İnter” – “Qəbələ” oyununda 4-cü hakim olacaqsa, martın 5-də “Rəvan” – “Mil-Muğan” matçında fit çalacaq.
 

 

Azərbaycan I Divizionu

XVIII tur

4 mart (şənbə)

15:00. “Turan Tovuz” – “Şəmkir”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Mahir Məmmədov
Hakim-inspektor: Ramiz Əsədov
Tovuz şəhər stadionu

15:00. “Zaqatala” – “Bakılı”
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Ruslan Nəsibov, Elvin Mədətov
Hakim-inspektor: Qurban Məmmədov
Zaqatala şəhər stadionu

15:00. “Şahdağ” – MOİK
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, İsgəndər Əliyev, Fərhad Teymurov
Hakim-inspektor: Akif Əliyev
Şövkət Orduxanov adına Qusar şəhər stadionu

15:00. “Şərurspor” – “Qaradağ Lökbatan”
Hakimlər: Hacıəli Ağayev, Knyaz Əmiraslanov, Elşən Acalov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Əlibala Ələsgərov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

5 mart (bazar)

14:30. “Rəvan” – “Mil-Muğan”
Hakimlər: Ömər Paşayev, Vüqar Bayramov, Elşad Abdullayev, Nail Nağıyev
Hakim-inspektor: Samir Kərəmov
“Bayıl Arena”