[b]Əliyar Ağayevin idarə etdiyi oyunda 5 “sarı”, 2 qol[/b]
07.03.2017 - 19:27
[b]Əliyar Ağayevin idarə etdiyi oyunda 5 “sarı”, 2 qol[/b]

Əliyar Ağayer UEFA Gənclər Liqasının 1/4 final mərhələsi oyununu idarə edib. Apasport.az saytının məlumatına görə, FİFA referisi Rusiyanın MOİK və Portuqaliyanın “Benfika” klubları arasında baş tutan görüşdə iş başında olub.

 

Moskvada keçirilən qarşılaşma 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

 

Onun köməkçiləri Rza Məmmədovla Akif Əmirəli olub. Matçın dördüncü hakimi funksiyasını Aleksandra Ponomaryova yerinə yetirib.

 

Qeyd edək ki, həmyerlimiz oyunda MOİK-in 3, “Benfika”nın isə 2 futbolçusuna xəbərdarlıq edib.