Azərbaycan millisinin futbolçusu Elvin Məmədovun yeni komandasının adına aydınlıq gəlib. Bu barədə apasport.az saytına 28 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
“Qarabağ”dan bu gün rəsmən ayrılan Məmmədov karyerasını ölkə daxilində davam etdirəcəyini bildirib: “Karyeramı “Zirə”də davam etdirəcəm. Bu komanda hələ bir ay öncədən mənimlə əlaqə saxlamışdı. Köməkçi-məşqçisi Ayxan Abbasov məni komandalarında görmək istədiklərini bildirmişdi. Lakin həmin vaxt “Qarabağ”da olduğumu söylədim. “Qarabağ”dan ayrıldıqdan sonra isə “Zirə” ilə yenidən görüşüm oldu. İlkin razılıq əldə etmişik. Bircə qalır rəsmi müqaviləyə qol çəkmək. Yəqin ki, bu gün “Zirə”yə keçidim rəsmiləşəcək".
Elvin Məmmədov Topaz Premyer Liqasının XIX turu çərçivəsində yanvarın 31-də “İnter”lə matçda debüt edə biləcəyini söyləyib.
Ruslan SADIQOV
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək