[b]Elxan Məmmədov Deyan Saviçeviçlə görüşüb[/b]
07.03.2017 - 17:26
[b]Elxan Məmmədov Deyan Saviçeviçlə görüşüb[/b]

AFFA-nın baş katibi Elxan Məmmədov növbəti görüşünü keçirib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, bu gün London şəhərində Monteneqro Futbol Assosiasiyasının (MFA) prezidenti Deyan Saviçeviçlə görüşüb.

 

Görüşdə AFFA və MFA arasında qarşılıqlı əlaqələr müzakirə olunub, fikir mübadiləsi aparılıb.

 

Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi ilə bağlı platformasını Deyan Saviçeviçə təqdim edib.