[b]Elxan Məmmədov federasiya prezidenti ilə görüşüb[/b]
01.05.2017 - 15:36
[b]Elxan Məmmədov federasiya prezidenti ilə görüşüb[/b]

Qırğızıstan Futbol Federasiyasının prezidenti Semetey Sultanov ölkəmizdə səfərdədi. Apasport.az saytının məlumatına görə, AFFA-nın infrastrukur və marketinq siyasəti ilə tanış olmaq istəyən qonaq bu məqsədlə qurumun baş katibi Elxan Məmmədovla görüşüb.

 

Tərəflər arasında bu mövzuda fikir mübadiləsi aparılıb. Məmmədovla Sultanov Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzində milli komandalar üçün inşa olunmuş təlim-məşq bazasında olub.

 

Mənbə: affa.az