[b]Elxan Məmmədov İdarə Heyətinə üzv seçildi[/b]
06.07.2017 - 11:10
[b]Elxan Məmmədov İdarə Heyətinə üzv seçildi[/b]

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın Uşaq Fondunun (UEFA Foundation for children) İdarə Heyətinə üzv seçilib. Apasport.az saytının məlumatına görə, bu fond 2015-ci il aprelin 24-də fəaliyyətə başlayıb.

 

Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barrozonun rəhbərlik etdiyi UEFA-nın Uşaq Fondu uşaqların sağlam həyat tərzinə yönləndirilməsi, uşaq futbolu və digər çoxsaylı layihələr həyata keçirir.

 

Mənbə: affa.az