[b]Elxan Məmmədov milli üzvləri ilə görüşdü[/b]
04.05.2017 - 13:40
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb. Apasport.az qurumun saytına istinadən xəbər verir ki, görüş Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində reallaşıb.
Baş katib IV İslam Həmrəyliyi oyunlarında iştirak edəcək yığmamıza AFFA prezidenti Rövnəq Abdullayev və AFFA-nın İcraiyyə Komitəsinin üzvləri adından uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib.
Qeyd ki, yığmamız IV İslam Həmrəyliyi Oyunlarında ilk oyununu mayın 8-də, saat 18:30-da, Bayıl stadionunda Kamerun komandasına qarşı keçirəcək.
0
0