[b]Emin Mahmudov: Əlimdən gələni edəcəm[/b]
11.11.2016 - 16:25
[b]Emin Mahmudov: Əlimdən gələni edəcəm[/b]

Millimizin futbolçusu Emin Mahmudov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün Şimali İrlandiya ilə baş tutacaq görüşdən öncə “facebook” səhifəsində status paylaşıb. Apasport.az saytının məlumatına görə, start heyətində meydana çıxacaq “Boavişta”nın yarımmüdafiəçisi sevincini gizlətməyib.

 

Mahmudov ilk “11-lik”də yer aldığını təsdiqləyərək, əlindən gələni əsirgəməyəcəyini bildirib: “Bugünkü oyunda baş məşqçinin mənə güvənməsinə çox sevinirəm. İnşallah, milli komandam üçün əlimdən gələni edəcəm”. 

 

Qeyd edək ki, Belfastda keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək.