[b]Əmrə Mor "Selta"da[/b]
29.08.2017 - 21:04
[b]Əmrə Mor "Selta"da[/b]

Türkiyə yığmasının futbolçusu Əmrə Mor karyerasını İspaniyanın "Selta" klubunda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu bu gün tibbi müayinədən keçdikdən sonra klubla 5 illik müqavilə imzalayıb.

 

Morun transferi "Selta"ya 12,5 milyon avroya başa gəlib. Futbolçu özü isə ildə 2 milyon avro maaş alacaq.

 

Qeyd edək ki, yarımmüdafiəçi "Selta"ya Dortmund "Borussiya"sından transfer olunub.