[b]Ən çox əvəzetmədən yararlanan klublarımız...[/b]
03.03.2017 - 10:43
[b]Ən çox əvəzetmədən yararlanan klublarımız...[/b]

İngiltərə Premyer Liqasının lideri “Çelsi” ilə bağlı maraqlı fakt aşkarlanıb. Apasport.az saytının məlumatına görə, London təmsilçisi cari mövsümdə keçirdiyi çempionat oyunlarında bütün əvəzetmələrdən yararlanan yeganə komandadı.

 

Belə ki, Antonio Konte 26 görüşdə ümumilikdə 78 dəfə oyunçu dəyişikliyi edib.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların analoji göstəriciləri də maraq doğurur.

 

20 turda hər komanda 60 əvəzetmə imkanına malik olub. Amma onlardan heç biri “Çelsi” kimi bundan maksimum yararlanmayıb.

 

“Sumqayıt” ölkəmizdə hamıdan öndədi. Samir Abasov yalnız bir dəfə - IV turun “İnter”lə matçında bir dəyişikliyi saxlayıb. “Kəpəz” isə “Çelsi”dən 2 addım geri qalır.

 

Digər klublarımızdan “Zirə” 3, “İnter” 4, AZAL-la “Qarabağ” 5, “Neftçi” və “Qəbələ” 6 imkandan yararlanmağa ehtiyac duymayıb.