[b]Ən gəlirli klublar - SİYAHI[/b]
23.01.2018 - 11:35
[b]Ən gəlirli klublar - SİYAHI[/b]

Ötən mövsümün ən çox gəlir əldə edən klublarının adları açıqlanıb. Apasport.az saytı xəbər verir ki, “Deloitte” şirkətinin apardığı araşdırmaya görə, “Mançester Yunayted” bu baxımdan yenə lider olub.

 

“Qırmızı şeytanlar”ın mövsüm ərzində qazancı 676,3 milyon avro təşkil edib. İngiltərə klubunu İspaniya nəhəngləri “Real” və “Barselona” izləyiblər. Maraqlıdı ki, “kral klubu” “Mançester Yunayted”dən cəmi 1,7 milyon avro az pul götürüb.

 

İlk “20-lik”də İngiltərə Premyer Liqasının 10 komandası qərarlaşıb. 2015-16 mövsümü ilə müqayisədə ilk 20 klubun ümumi qazancı 7,9 milyard avro (6%) artıb.

 

2016-17 mövsümündə ən çox gəlir əldə edən klublar:

1. “Mançester Yunayted” – 676,3 milyon avro

2. “Real” – 674,6 milyon

3. “Barselona” – 648,3 milyon

4. “Bavariya” – 587,8 milyon

5. “Mançester Siti” – 527,7 milyon

6. “Arsenal” – 487,6 milyon

7. PSJ – 486,2 milyon

8. “Çelsi” – 428 milyon

9. “Liverpul” – 424,2 milyon

10. “Yuventus” – 405,7 milyon

11. “Tottenhem” – 355,6 milyon

12. “Borussiya” (Dortmund) – 332,6 milyon

13. “Atletiko” – 272,5 milyon

14. “Lester” – 271,1 milyon

15. “İnter” – 262,1 milyon

16. “Şalke” – 230,2 milyon

17. “Vest Hem” – 213,3 milyon

18. “Sauthempton” – 212,1 milyon

19. “Napoli” – 200,7 milyon

20. “Everton” – 199,2 milyon

0