[b]Ən yaxşı futbolçu açıqlandı[/b]
06.02.2017 - 14:35
[b]Ən yaxşı futbolçu açıqlandı[/b]

Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçulardan heç biri turnirin ən yaxşısı adına layiq görülməyib.

 

Çempion Kamerun yığmasının hücumçusu Kristian Bassoqoq bu baxımdan hamını qabaqlayıb. Afrika Futbol Konfederasiyası 22 yaşlı forvardı turnirin ən yaxşı futbolçusu seçib. O, keçirdiyi 6 görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, Kristian Bassoqoq Danimarkanın “Olborq” klubunun formasını geyinir.