[b]Ən yaxşı qolun müəllifi açıqlandı[/b]
07.03.2017 - 14:22
[b]Ən yaxşı qolun müəllifi açıqlandı[/b]

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda fevral ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, azarkeşlər, jurnalistlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında aparılan səsvermə nəticəsində Kamil Nurəhmədov (“Mil-Muğan”) rəqiblərini qabaqlayıb.

 

Nurəhmədov səslərin 60 faizini toplayıb. Azarkeşlərin səsverməsində Raul Yaqubzadə hər kəsi qabaqlayıbsa (40%), jurnalistlərin seçimində Kamil Nurəhmədov (40%) birinci olub.

 

Azarkeşlərlə jurnalistlərin fikri üst-üstə düşmədiyindən qaydalara əsasən yekun nəticəni Peşəkar Futbol Liqası müəyyənləşdirib. PFL öz səsini Kamil Nurəhmədova (20%) verdiyinə görə futbolçu yekun nəticədə ümumi səslərin 60 faizini  toplayaraq, qalib gəlib. 

Hücumçu mükafatına martın 10-da keçiriləcək  “Mil-Muğan” – “Zaqatala” oyunundan öncə qovuşacaq.