[b]Ənənəvi nəticə, ənənəvi hesab[/b]
09.02.2017 - 00:21
[b]Ənənəvi nəticə, ənənəvi hesab[/b]

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində baş tutan “Qarabağ” – “Zirə” oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, bu hesab iki komanda arasında əldə olunmuş ardıcıl 5-ci belə nəticədir.

 

Belə ki, iki klub bu matça qədər tarixləri ərzində 6 dəfə üz-üzə gəlmişdilər ki, onlardan biri qolsuz bərabərliklə başa çatmış, bir oyunda isə “Qarabağ” 4:1 hesablı darmadağına sevinmişdi.

 

Ardıcıl baş tutmuş digər 4 oyunda isə istisnasız olaraq ağdamlılar 2:0 hesablı qələbəyə sevinmişdi.

 

17.10.2015. Qarabağ (Ağdam) - Zirə (Bakı) – 4:1

 

13.12.2015. Zirə (Bakı) - Qarabağ (Ağdam) – 0:0

 

05.03.2016. Qarabağ (Ağdam) - Zirə (Bakı) – 2:0

 

01.05.2016. Zirə (Bakı) - Qarabağ (Ağdam) – 0:2

 

19.09.2016. Qarabağ (Ağdam) - Zirə (Bakı) – 2:0

 

06.11.2016. Zirə (Bakı) - Qarabağ (Ağdam) – 0:2