[b]Erat dubl, “Duysburq” rəqibini darmadağın etdi[/b]
09.02.2017 - 12:07
Uzun müddətdi Azərbaycan yığmasından kənarda qalan Tuğrul Eratın çıxış etdiyi “Duysburq” klubu yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Eratın komandası “Hamborn”la üz-üzə gəlib.
Rəqibinə göz açmağa imkan verməyən “Duysburq” fasilədə 9:0 hesabı ilə öndə yollanıb. İkinci hissədə daha 3 qol vuran kollektiv yekunda 12:0 hesablı qələbə qazanıb.
Start heyətində yer alan Erat oyunu əvəzlənmədən keçirib. O, bu görüşdə iki qolla yadda qalıb. Belə ki, 17-ci dəqiqədə ilk qoluna imza atan Tuğrul 41-ci dəqiqədə dublunu rəsmiləşdirib.
0
0