[b]Ermin Zets “Borussiya”ya qarşı oynayacaqmı?[/b]
20.10.2015 - 14:40
[b]Ermin Zets “Borussiya”ya qarşı oynayacaqmı?[/b]

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” 2 gün sonra Dortmund “Borussiya”sını qəbul edəcək. Klubdan apasport.az saytına verilən məlumata görə, almanlarla oyuna hazırlaşan “qırmızı-qaralar”ın heyətlə bağlı bir problemi qalıb.

 

Uzun müddətdi zədədən əziyyət çəkən braziliyalı müdafiəçi Rafael Santos hələ də müalicəsini davam etdirir. Təcrübəli futbolçu “Borussiya” ilə oyunda da komandasına kömək edə bilməyəcək. Santos kollektivlə birgə məşqlərdə hələ də iştirak edə bilmir.

 

Əvəzində “Qəbələ”nin digər zədəlisi Ermin Zets sıraya dönüb. Zədəsini tam sağaldan bosniyalı hücumçu kollektivlə birgə məşqlərə qatılaraq, “Borussiya” ilə oyunun hazırlığına başlayıb. Baş məşqçi Roman Qriqorçuk şans verəcəyi təqdirdə, Zets almanlarla görüşdə meydana çıxacaq.

 

Qeyd edək ki, oktyabrın 22-də “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Borussiya” qarşılaşması saat 20:00-da start götürəcək.  

0