[b]"Neftçi"nin baş məşqçisini istefaya səslədilər[/b]
05.03.2016 - 16:53
"Neftçi" - "Qəbələ" matçının sonlarında ev sahiblərinin azarkeşləri baş məşqçi Əsgər Abdullayevi istefaya səsləyib. Apasport.az saytının məlumatına görə, bu, komandanın "Qəbələ" ilə ev oyununda buraxdığı 2-ci qoldan sonra olub. Onlar "Neftçi"nin ardıcıl 4-cü məğlubiyyətinə (1:2) etirazını bu şəkildə bildiriblər.
Qeyd edək ki, Əsgər Abdullayev ikinci dövrədə Samir Əliyevin yerinə baş məşqçi postuna keçib.
0
0