[b]Evdə uğurlu, səfərdə uğursuz hakim[/b]
10.07.2017 - 13:43
[b]Evdə uğurlu, səfərdə uğursuz hakim[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin “Astra” (Rumıniya) – “Zirə” görüşünü tanış hakim idarə edəcək. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın baş hakimi Sergey Sinkeviç 3  dəfə ölkəmizdə səfərdə olub.

 

Belaruslu referi “Qarabağ”ın 2014-15 mövsümündəki 2 matçında iş başında olub. Çempionlar Liqasında “Valletta” ilə Respublika stadionundakı görüşdə baş hakim olan belaruslu ağdamlıların 4:0 hesablı qələbəsinə şahidlik edib. Sinkeviç qonaqlara iki qırmızı vərəqə də göstərib.

 

“Qarabağ”ın qrupda “İnter”lə İtaliyadakı matçına da təyinat alan referi həmin görüşdə əlavə köməkçi hakim kimi qapı arxasında durub və milanlıların qələbəsini görüb – 2:0.

 

Sinkeviç ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin “Samtredia” (Gürcüstan) üzərində böyükhesablı qələbə qazandığı (5:1) matçda dördüncü hakim olubsa, ondan iki həftə sonra II mərhələ çərçivəsində keçirilən “Neftçi” – “Şkendiya” (Makedoniya) qarşılaşmasında fit çalıb. 8-ci km qəsəbə stadionunda oynanılan matçda hesab açılmayıb.

 

Bu il 41 yaşını qeyd edəcək referi 2010-cu ildən FİFA hakimidi.