“Real”ın hücumçusu Kristiano Ronaldo da evləri üçün çox darxır. Apasport.az saytının məlumatına görə, bu haqda portuqaliyalı hücumçu intaqram hesabında paylaşım edib.
“Yeni il... Görəsən ilin bu vaxtı evi üçün dəhşətli darıxan təkcə mənəmmi? Necə gözəl olardı ki, bir neçə gün doğma Madeyra adasında, ailəmin, dostlarımın əhatəsində olaydım” – deyə superulduz yazıb.
Qeyd edək ki, bir neçə gün əvvəl milli komandamızın futbolçusu Kamran Ağayev də ailəsi üçün darıxdığını bildirmişdi. Ancaq Ronaldodan fərqli olaraq Kamran Portuqaliyadakı karyerasına son verib, evə birdəfəlik dönmək istəyir.
