[b]Əvvəl BOS, sonra "vosmoy" [/b]
20.04.2016 - 15:56
[b]Əvvəl BOS, sonra "vosmoy" [/b]

Topaz Premyer Liqasının XXXI turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Neftçi” oyunun hazırlığını davam etdirir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisinin bu günə bir məşqi nəzərdə tutulub.

 

Dünən Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında 2 hazırlıq keçən baş məşqçi Vəli Qasımov bu gün axşam məşqi ilə kifayətlənəcək. Komandanın aparıcı oyunçularından olan Aylton Silva debütantla qarşılaşmanı buraxacaq. Buna səbəb braziliyalı müdafiəçinin sarı vərəqə limitini doldurmasıdı. Cəzalı duruma düşən 21 yaşlı “sambaçı” aprelin 27-də Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qəbələ” ilə keçiriləcək ilk qarşılaşmada heyətdəki yerini ala biləcək.

 

Hücumçu Ruslan Qurbanov ötən turda “Qarabağ”la (1:2) oyunda sarı vərəqə alaraq cəzalı duruma düşsə də, meydana çıxa biləcək. Çünki AFFA İntizam Komitəsi yığmamızın hücumçusunun vərəqəsini ləğv edib.

 

Hazırlığını BOS-da davam etdirəcək “Neftçi” yalnız görüşdən bir gün öncəki məşqi oyunun baş tutacağı 8-ci km qəsəbə stadionunda keçəcək.

 

Qeyd edək ki, “Neftçi” – “Zirə” matçı aprelin 23-də oynanılacaq.