[b]Əvvəlcə Ramos, sonra Marselo, daha sonra Ronaldo[/b]
10.07.2017 - 02:01
[b]Əvvəlcə Ramos, sonra Marselo, daha sonra Ronaldo[/b]

Pepenin “Real”dan ayrılmasında sonra komandada ikinci vitse-kapitanın kimliyi bəlli olub. Apasport.az saytının məlumatına görə, bu vəzifəni Ronaldo yerinə yetirəcək.

 

Belə ki, komandanın əsas kapitanı Serxio Ramosdur. Onun yoxluğunda “sarğı” müdafiəçi Marseloya əmanət edilir. Əgər hansısa səbəbdən Marselo da olmasa, bu zaman komandanı Ronaldo meydana çıxardacaq. İstisna hallarda, Ronaldonun da yoxluğunda Benzema bu funksiyanı yerinə yetirəcək.

 

Maraqlıdır ki, Kristiano Ronaldo ilk dəfə 2013-cü ildə “Real”ı kapitan kimi meydana çıxarıb. Yanvarın 6-da “Real Sosyedad”la oyunda (4:3) İker Kasilyas və ikinci kapitan Qonzalo İquayn ehtiyatda qaldığı üçün Ronaldo sarğını qoluna taxmışdı. Digər vitse-kapitanlar Marselo və Ramos isə həmin oyunda iştirak ərizəsində yer almamışdılar.