[b]Fabreqas həmşəhərliləri rəqib etdi[/b]
07.03.2017 - 13:31
[b]Fabreqas həmşəhərliləri rəqib etdi[/b]

“Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, ispan futbolçu “İnter”dən təklif alıb.

 

PSJ-nin üzvü Marko Verrattinin transfer məsələsində çətinlik çəkən “neradzurra” alternativ variant kimi Fabreqası düşünüb. Lakin 29 yaşlı xavbeki heyətinə qatmaq üçün “İnter” rəqabətdən qalib ayrılmalıdı. Belə ki, “Milan” da Sesklə danışıq aparır və onu mövsümün sonunda sıralarına cəlb etmək niyyətindədi.

 

Qeyd edək ki, karyerası ərzində “Arsenal” və “Barselona” klublarının da formasını geyinmiş Fabreqas 2014-cü ildən “Çelsi”nin üzvüdü.