[b]Farer adaları üçün 2542 günlük həsrətin sonu[/b]
07.09.2016 - 11:46
[b]Farer adaları üçün 2542 günlük həsrətin sonu[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Farer adalarının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, AÇ-2017-nin dünən baş tutan seçmə oyununda Bakıda yığmamızdan xal alan (1:1) şimallılar tarixində 4-cü dəfə səfərdə xal qazanıb.

 

Millimiz ada təmsilçisinin iki dəfə rəqib meydanında uduzmadığı ilk komandadı. 5-ci seçmə mərhələsini keçirən Farer adaları tarixinin ilk səfər xalını da komandamızdan almışdı.

 

Bu, 2008-ci il sentyabrın 9-da qeydə alınmışdı. Şimallıların son səfər xalı isə 2009-cu il sentyabrın 21-nə təsadüf etmişdi. Həmin matçdan sonra ada yığması 2542 gün idi rəqib meydanında xal görmürdü. Bu seriya Bakıda başa çatıb.

 

Millimizin son rəqibi həm də 2 illik xal həsrətinə son qoyub. Yaşar Vahabzadənin yetirmələri 2014-cü il sentyabrın 9-dan sonra xal qazana bilməyən autsayderə də sevinc bəxş edib. Rəqibimiz 8 məğlubiyyətdən sonra heç-heçə edib.