[b]Fasilə bitdi: Liderlərin ev sınağı[/b]
18.11.2016 - 09:50
[b]Fasilə bitdi: Liderlərin ev sınağı[/b]

Sabah Topaz Premyer Liqasında XII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq turun görüşləri iki gün ərzində oynanılacaq. Çempionatın ilk üç pilləsində qərarlaşan liderlər növbəti ev matçında qüvvəsini sınayacaq.

 

Həftənin mərkəzi oyununda ötən mövsümün mükafatçıları “Qəbələ” və “Zirə” üz-üzə gələcək. Turun açılış matçı bölgə təmsilçisinin meydanında keçiriləcək. Ardıcıl 13 oyundu uduzmayan Roman Qriqorçukun yetirmələri zirvədəki mövqeyini qorumaq üçün qalib gəlməlidi. Son turlarda vacib xallar itirib, üstünlüyünü əldən verən “qırmızı-qaralar” “Qarabağ”la səfər matçı öncəsi qələbəyə iddialıdı. Bakı klubu isə ilk “üçlük”dən uzaq düşməmək üçün rəqib meydanında xal qazanmalıdı.

 

Avropa Liqasının qrup mərhələsinin digər iştirakçısı “Qarabağ” da ilk oyun günündə meydan çıxacaq. Öz meydanında oynayacaq “Qarabağ” “Kəpəz”i sınağa çəkəcək. Son 4 turda qələbə qazanan ağdamlılar “Qəbələ”nin büdrəməsindən asılı olaraq, zirvəyə sahib çıxa bilər. Qurban Qurbanovun yetirmələri 17 matçdı uduzmadığı rəqibini bu dəfə də itkisiz keçə bilər. 3 turdu qalib gəlməyən gəncəlilər isə uğursuz seriyaları qırmaq əzmindədi.

 

Turnir cədvəlinin qonşuları “Neftçi” və “Sumqayıt” ikinci oyun günündə meydana çıxacaq. Sonuncuların meydanında baş tutacaq qarşılaşmada bakılılar rəqibini arxada qoymağa çalışacaq. Bunun üçün Elxan Abdullayevin yetirmələri 3 xal əldə etməlidi. 5 turdu qələbə nə olduğunu bilməyən Samir Abasovun komandası uğursuzluq zolağından çıxmaq üçün mübarizə aparacaq. Bakılılar isə qələbə ilə 2 pillə irəliləyə bilər. Çünki “Kəpəz”in turu xalsız vurması gözləniləndi.

 

Həftəyə paytaxt derbisi ilə yekun vurulacaq. Liderləri izləyən “İnter” çempionatın autsayderi AZAL-ı qəbul edəcək. 15 turdu qələbəyə həsrət qalan qonaqlar sensasiya ümidi ilə “İnter Arena”ya çıxacaq. “Bankirlər” isə mükafatlar uğrunda mübarizədə vacib xallar qazanmalıdı. İlk məğlubiyyətini ötən tur alan Zaur Svanadzenin yetirmələri həmin yenilginin təsadüf olduğunu sübut etmək üçün gücünü autsayderə göstərməlidi.


Topaz Premyer Liqası

XII tur

19 noyabr (şənbə)

15:00. “Qəbələ” – “Zirə”

I dövrədəki oyun: 2:0
Qəbələ şəhər stadionu

18:00. “Qarabağ” – “Kəpəz”

I dövrədəki oyun: 1:1
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

 

20 noyabr (bazar)

14:00. “Sumqayıt” – “Neftçi”
I dövrədəki oyun: 2:1

Sumqayıt şəhər stadionu

 

16:00. “İnter” – AZAL

I dövrədəki oyun: 3:1
“İnter Arena”
 

1.

Qəbələ

11

7

4

0

26-4

25

2.

Qarabağ

11

8

1

2

23-5

25

3.

İnter

11

5

5

1

17-11

20

4.

Zirə

11

4

2

5

10-12

14

5.

Kəpəz

11

2

6

3

7-10

12

6.

Sumqayıt

11

2

4

5

9-17

10

7.

Neftçi

11

3

0

8

9-25

9

8.

AZAL

11

0

4

7

4-21

4

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7