“Fərhad Vəliyevlə ilkin danışığımız olub. Demək olar ki, anlaşmışıq”. Bunu apasport.az saytına “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
Transfer dönəminin ilk günlərində heyətində “təmizləmə işləri” aparan “Sumqayıt”ın ilk transferi “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev olub. Abasov onunla münasibətləri rəsmiləşdirməyə hazırlaşdıqlarını söyləyib: “Fərhad çox güman ki, bizimlə birillik müqavilə imzalayacaq. Çünki ilkin razılıq əldə etmişik. Klub prezidenti Kamran Quliyevi gözləyirik. Yəqin ki, o gələndən sonra bu məsələ rəsmiləşəcək”.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Tofiq Mikayılov, Emin Mehdiyev, Uğur Pamuk, Cəmil Hacıyev, Tural Abbaszadə və Aleksandr Çertoqanovla yollarını ayırmışdı.