Böyük futbol ölkələrində klublar üçün yeni mövsüm gec başlayacağından, futbolçular və məşqçilər istirahətlərini davam etdirirlər. Apasport.az saytının məlumatına görə, bir çox tanınmış sima ötən mövsümün yorğunluğunu üzərindən atmaq üçün fərqli ölkələrə üz tutub.
Əksəriyyət vaxtının çoxunu məşhurların yollandığı adalarda keçirirsə, bəziləri gəzməyi, tarixi məkanları görməyi üstün tutur.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yeni imici ilə tətildə

“Lester”in qol “maşını” Ceymi Vardi evliliyinin ilk ilində yorğunluğunu həyat yoldaşı Rebeka Vardi və övladları ilə birlikdə Dubayda çıxarır

“Lion”un formasını geyinən Memfis Depay ABŞ-ın Kaliforniya ştatındakı istirahət zamanı sevgilisi Lori Harveyə romantik evlənmə təklifi edib və “hə” cavabını alıb

Braziliyalı müdafiəçi Dani Alveş əylənməkdən yorulmur

Karyerasını hansı klubda davam etdirəcəyi bəlli olmayan Samir Nəsriyə sevgilisi Şarina Qutyerres futbolu unutdurub. Cütlük Los-Ancelesdəki su parkında uşaqlar kimi əylənirlər

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne subaylığın daşını atıb. Həyat yoldaşı ilə olan şəklini paylaşan belçikalı bu sözləri yazıb: “Fəxr edirəm, indi sənə arvadım deyə bilərəm”.

“Arsenal”ın hücumçusu Olivye Jiru İtaliyanın məşhur Sardinya adasında həyat yoldaşı Cenniferlə birlikdə yayın ləzzətini çıxarır.

Serbiya futbolunun tanınmış simalarından olan Matey Kejman yeni imici ilə Yunanıstanda dincəlir.

Cənubi Amerika gəzintisinə çıxan “Beşiktaş”ın yarımmüdafiəçisi Rayan Babel Braziliyanın ardından Kolumbiyaya gedib. Hollandiyalı futbolçu dünyanın ən məşhur narkobaronu Pablo Eskobarın evini də gəzib.

Bu gün ailə həyatı quracaq “Barselona”nın hücumçusu Lionel Messi İbiza adasında dostları ilə əyləndiyi bir gecənin sonunda 37 min 330 avro hesab ödəyib.

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba Çində vaxt keçirir. Fransalı futbolçu Pekindəki “qadağan olunmuş şəhər” adı verilən saray kompleksində çəkdirdiyi şəkli paylaşıb.
