Feysbuk İngiltərə Premyer Liqasının teleyayım hüququnu almaq niyyətindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu sosial şəbəkənin idman şöbəsinin müdiri Den Rid deyib.
O bildirib ki, gələn il keçiriləcək tenderdə iştirak etmək fikrindədilər. 2015-ci ildəki tenderdə “Sky” və “BT Sport” qalib gəlmiş, rekord məbləğdə - 7,8 milyard dollar gəlir əldə edilmişdi. Feysbuk növbəti tenderdə rəqiblərini üstələyərsə, 2019-cu ildən etibarən növbəti Premyer Liqa matçlarının inernet vasitəsilə yayım hüququna malik olacaq.
Qeyd edək ki, feysbuk bu ilin yanvarından bəri 3500-dən çox idman hadisələrini yayımlayıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”