[b]FİFA 6 sınaqçını açıqladı[/b]
02.06.2016 - 21:33
[b]FİFA 6 sınaqçını açıqladı[/b]

FİFA futbolda videotəkrardan istifadəni test edəcək 6 ölkənin adını elan edib. Apasport.az saytının məlumatına görə, yeni sistemin tətbiq edilməsində ilk “qaranquşlar” Avstraliya, Braziliya, Almaniya, Hollandiya, Portuqaliya və ABŞ olacaq.

 

Ali futbol qurumunun mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, video təkrarlardan Avstraliya çempionatında, MLS-də, Bundesliqada, Hollandiya və Braziliya Futbol Federasiyalarının bayrağı altında keçiriləcək bir neçə turnirdə və həmçinin Portuqaliya çempionatı, kuboku və superkubokunda istifadə olunacaq.

 

Qeyd edilib ki, sistemin nəticəsi haqqında oyunun gedişatında hakimlərə məlumat verilməyəcək və əldə olunan nəticələr oyunun ümumi nəticəsinə təsir etməyəcək.