[b]FİFA da Ronaldonu seçdi [/b]
20.12.2016 - 17:04
[b]FİFA da Ronaldonu seçdi [/b]

FİFA tərəfindən seçilən ilin ən yaxşı futbolçusunun kimliyi bəlli olub. Apasport.az saytı xəbər verir ki, bu barədə İspaniyanın məşhur “El Mundo Deportivo” nəşri yazıb.

 

Bildirilir ki, səsvermədə iştirak edən şəxslərin çoxu Kriştianu Ronaldonu üstün tutub. Portuqaliyalı ulduz futbolçu “Barselona”nın hücumçusu Lionel Messi və “Atletiko”nun üzvü Antuan Qrizmannı üstələyib.

 

Bununla, Ronaldo ikinci dəfə FİFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib. O, ilk dəfə 2008-ci ildə ali futbol qurumunun mükafatına layiq görülmüşdü.

 

Qeyd edək ki, 2016-cı ilin ən yaxşısı yanvarın 9-da İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə mükafatlandırılacaq.