[b]FİFA hakimlərinin qazancı açıqlandı[/b]
15.07.2016 - 14:01
[b]FİFA hakimlərinin qazancı açıqlandı[/b]

FİFA hakimlərinin beynəlxalq oyunlardakı qonorarlarının məbləği açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA öz konfederasiyasına daxil olan ədalət təmsilçilərinin qazancını artırıb.

 

Belə ki, artıq referilər 6 min avro da qazana bilər. Bu, yalnız elit kateqoriyalı referilərin baş hakim kimi idarə etdiyi matçlara aiddi. Ümumiyyətlə, hakim qonorarları onların UEFA kateqoriyasından asılıdı.

 

Lakin 2016/17 mövsümündən tətbiq olunacaq yeni qonorar sistemi Azərbaycan hakimlərinin də qazancına təsir etməyəcək. Çünki bu artım yalnız elit və 1-ci kateqoriyalı hakimlərə aiddi. Bu ilin qışında kateqoriyalar açıqlananda baş hakimlərimizdən Əliyar Ağayev 2-ci, Rəhim Həsənovla Orxan Məmmədov 3-cü kateqoriyaya daxil idi.

 

Qeyd edək ki, UEFA bütün təyinat verdiyi hakim, hakim-inspektor və nümayəndələrə 200 avro gündəlik xərclik ödəyəcək.

 

Hakimlərin beynəlxalq oyunlar üçün qonorarları

kateqoriya

Baş hakim

Yan xətt hakimi

Dördüncü hakim

Əlavə hakim

Elit

6000

1800

900

1800

1-ci

3700

1100

555

1100

2-ci

1300

390

195

390

3-cü

1200

360

180

360

Elit, qadlnlar

900

270

-

270

1-ci, qadlnlar

700

210

-

210

2-ci, qadlnlar

500

150

-

150

3-cü, qadlnlar

350

105

-

105

 

Qeyd: Qadın dördüncü hakimlərin qonorarı dəqiqləşməyib.