[b]FİFA prezidenti 3 illik seçiləcək[/b]
26.02.2016 - 15:59
[b]FİFA prezidenti 3 illik seçiləcək[/b]

FİFA-nın bu gün keçirilən Konqresində baş tutacaq prezident seçkilərində qalib gələcək şəxs 2019-cu ilə qədər bu vəzifəni icra edəcək. Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın prezident vəzifəsini icra edən İssa Hayatu bəyan edib.

 

O bildirib ki, yeni rəhbər Zepp Blatterin prezidentlik müddətini sona çatdıracaq. 2015-ci ildə bu posta seçilib, sonradan istefa verən isveçrəlinin səlahiyyət müddəti 2019-cu ildə başa çatacağından, növbəti seçkilər də həmin vaxt keçiriləcək.

 

Qeyd edək ki, Sürixdə keçirilən tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov təmsil edir.