Futbol üzrə Azərbaycan I Divizionunda 2016-17 mövsümünün ilk turunun təyinatları açıqlanıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, birinci turda oyunları təcrübəli referilər idarə edəcəklər.
Topaz Premyer Liqası matçlarına təyinat alan Rauf Cabbarov, Rəvan Həmzəzadə, Ramil Diniyev, Rəhim Həsənov və Ömər Paşayev I divizionda ədalət təmsilçisi olacaqlar.
FİFA dərəcəli referi Rəhim Həsənov “Bakılı” ilə “Ağsu” arasındakı görüşdə fit çalacaq.
Birinci divizion
I tur
7 sentyabr (çərşənbə)
16:30. “Rəvan” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, İsgəndər Əliyev, Anar Göyçayski
Hakim-inspektor: Şakir Əmrahov
“Bayıl Arena”
16:30. “Zaqatala” – “Şahdağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Vahid Hüseynov
Zaqatala şəhər stadionu
16:30. “Şəmkir” – “Şərurspor”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Cəmil Quliyev, Sərxan İsmayılov
Hakim-inspektor: Qurban Məmmədov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
16:30. “Bakılı” – “Ağsu”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Elgün Hüseynov
Hakim-inspektor: Azad Mütəllimov
“İnter Arena”, 4-cü meydança
8 sentyabr (cümə axşamı)
16:30. “Mil-Muğan” – “Səbail”
Hakimlər: Ömər Paşayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Qabil Nərimanov
Heydər Əliyev adına İmişli şəhər stadionu
16:30. “Qaradağ Lökbatan” – “Göyəzən”
Hakimlər: Nail Nağıyev, Hüseyn Əsgərov, Roman Vasilyev, Pərviz Bağırov
Hakim-inspektor: Rəhman Tağıyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
17:00. MOİK – “Energetik”
Hakimlər: Rövşən Rəcəbov, Elgün Adıgözəlli, Elşad Abdullayev, Yusif Hüseynov
Hakim-inspektor: Yavər Rəhimov
“Bayıl Arena”