“Çelsi”nin qapıçısı Tibo Kurturanın İngiltərə Premyer Liqasının XXXIII turunda “Mançester Yunayted”lə matçı buraxmasının səbəbi müəyyənləşib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, belçikalı qolkiper film çəkilişində zədələndiyi üçün prinsipial qarşılaşmada iştirak etməyib.
Məsələ burasındadı ki, klub Kurtuanın zədələndiyini açıqlasa da, onun harda xəsarət aldığını yaymamışdı. Sonradan məlum olub ki, Kurtua klub rəsmisinin müşayiəti ilə qatıldığı bir film çəkilişində basketbol oynayarkən topuğundan zədə alıb. “Çelsi”nin NBA ilə ticari anlaşmaları olduğu üçün ötən həftə klubun bazasında çəkiliş aparılıb. Komanda yoldaşları Asmir Beqoviç, Nemanya Matiç, Markos Alonso və Natan Akenin də iştirak etdiyi basketbol matçında belçikalı sıradan çıxıb. Bu üzdən də 25 yaşlı qolkiper cari mövsümdə ilk dəfə “Çelsi”nin qapısını qorumayıb.
Basketbola olan marağı ilə tanınan Kurtua bu il Londonda baş tutan “Orlando” – “Toronto” görüşünü canlı izləyib. Onun aprelin 22-də İngiltərə Federasiya Kubokunun “Tottenhem”lə final qarşılaşmasında da iştirakı sual altındadı.
Qeyd edək ki, “Mançester Yunayted”ə 0:2 hesabı ilə məğlub olan “Çelsi” ən yaxın izləyicisi “Tottenhem”in xal fərqini 4-ə endirməsinə şərait yaradıb.