21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin iki iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Polşada keçiriləcək həlledici mərhələyə yüksələn ilk komandalar seçmə oyunlar başa çatmamış bəlli olub.
Portuqaliya və Danimarka gələn ilin iyununda baş tutacaq yarışda iştirak hüququ qazanıb. Sonuncular 5-ci, pireneylilər 4-cü qrupda 1-ci yeri təmin edib. Hər iki komanda 8 matçda 22 xal toplayıb.
Qeyd edək ki, ilk dəfə 12 komandanın qatılacağı final mərhələsinə 9 qrup qalibi birbaşa yüksəlir. İkinci yer sahiblərindən ən yaxşı nəticəyə malik 4-ü pley-offda son iki vəsiqənin sahibini müəyyənləşdirəcək.