[b]Finalın 4-cü səfəri[/b]
04.05.2017 - 10:22
[b]Finalın 4-cü səfəri[/b]

Azərbaycan kubokunun finalı tarixdə ilk dəfə Naxçıvanda baş tutacaq. Apasport.az saytının məlumatına görə, “Qarabağ” və “Qəbələ” arasında sabah keçiriləcək görüş ümumilikdə Bakıdan kənarda təşkil olunacaq 4-cü final kimi tarixdə qalacaq.

 

Belə ki, indiyədək keçirilən 23 finaldan yalnız üçü paytaxtdan kənara təsadüf edib. Hərçənd, dünyanın əksər ölkələrində final matçları bütün şəhərləri gəzir, hər dəfə bir məkanda olursa, bizdə yalnız 4-cü dəfə həlledici qarşılaşma paytaxtı tərk edib.

 

Əvvəlki 3 belə haldan ikisində ev sahibliyini Sumqayıt edib. “Gənclik şəhəri” 1993/94 və 2000/01 mövsümlərində kubokun qalibinin müəyyənləşdiyi məkan olub. 2014/15 mövsümündə isə final ilk dəfə yarımadadan qıraq yerdə - Qəbələdə baş tutub.

Bakıda keçirilən 20 belə matçdan 18-ni Tofiq Bəhramov adına Respublika stadionu qəbul edib. Daha iki məkan -  “Şəfa” (indiki “İnter Arena”) və “Dalğa Arena” da finala məkan olub.

 

Naxçıvan indiyədək üç Bakı və iki kənar məkanın təşkil etdiyi finallar tarixinə 6-cı ev sahibi kimi düşəcək.