[b]“Qarabağ” - “Qəbələ” matçının hakimləri açıqlandı[/b]
04.05.2017 - 10:24
[b]“Qarabağ” - “Qəbələ” matçının hakimləri açıqlandı[/b]

Azərbaycan kubokunun final oyununun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “Qəbələ” arasında sabah keçiriləcək oyunu Fariz Yusifov idarə edəcək.

 

Onun köməkçiləri Vaqif Musayevlə Namiq Hüseynov olacaq. Naxçıvanda təşkil olunacaq qarşılaşmaya FİFA referilərindən biri də təyinat alıb. Əliyar Ağayev matçda dördüncü hakim olacaq.

 

 

Azərbaycan kuboku

Final

5 may (cümə)
“Qarabağ” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əli Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Naxçıvan Muxtar Respublika stadionu

 

Mənbə: pfl.az