[b]Finalın hakimləri açıqlandı[/b]
01.07.2017 - 20:34
Rusiyada keçirilən Konfederasiyalar Kubokunun final oyunu üçün hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, həlledici matçda üz-üzə gələcək Çili ilə Almaniyanın qarşılaşmasında ədaləti serbiyalı referilər təmsil edəcəklər.
Matçın baş hakimi Milorad Maziç olacaq. Ona Milovan Ristiç və Dalibor Durdeviç köməklik edəcək.
Dördüncü hakim funksiyasının Damir Skomina yerinə yetirəcək.
Qeyd edək ki, Çili - Almaniya görüşü sabah keçiriləcək.
0
0