Madrid “Real”ı forma sponsorunu dəyişə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Nike” ispanlara sərfəli təklif göndərib.
Belə ki, Amerika şirkəti “Real”a forma sponsorluğu üçün illik 120 milyon avro təklif edib. 1998-ci ildən bəri “Adidas”la əməkdaşlıq edən “kral klubu” bu firmadan ilinə 40 milyon avro qazanır.
“Real” “Nike”nin təklifini qəbul etsə, forma sponsorluğundan ən çox gəlir əldə edən klub olacaq. Hazırda bu baxımdan zirvədə “Mançester Yunayted” dayanır. “Qırmızı şeytanlar” “Adidas”la əməkdaşlıq müqabilində ilinə 98 milyon avro qazanır.
Qeyd edək ki, “Nike” gələn mövsümdən “Çelsi”nin də sponsoru olacaq.