19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raundunun III qrupunda ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Fransa ilə qarşılaşan yığmamız 0:6 hesablı məğlubiyyətə üzülüb.
Əslində, görüşün statistikasına nəzər yetirdikdə komandamızın 6 top buraxmasına sevinmək lazımdı. Çünki fransızlar 90 dəqiqəyə nə az, nə çox, düz 43 zərbə sığdırıblar. Bunun isə 16-sı çərçivəyə ünvanlanıb.
Bütün bunların fonunda Vüqar Əsgərlinin yetirmələri 1 dəfə zərbə rəqib qapısına doğru vurmağa “nail olublar”.
Fransa |
|
Azərbaycan |
6 |
Qol |
0 |
43 |
Zərbə |
1 |
16 |
Çərçivəyə |
0 |
23 |
Çərçivədən kənara |
1 |
4 |
Qarşısı alınan zərbələr |
0 |
9 |
Küncdən zərbə |
0 |
0 |
Sarı vərəqə |
1 |
0 |
Qırmızı vərəqə |
0 |
8 |
Qayda pozuntusu |
4 |