[b]Fransa – Rusiya oyununda snayperlər olacaq[/b]
28.03.2016 - 17:51
[b]Fransa – Rusiya oyununda snayperlər olacaq[/b]

Fransa yığmasının Rusiya ilə keçirəcəyi yoldaşlıq görüşü yerli hökuməti ayağa qaldırıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, sabahkı oyunla bağlı təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.

 

Paris hava limanında rusları əli avtomatlı polis əməkdaşları qarşılayıb. Komandanın qaldığı oteldə də təhlükəsizlik tədbirləri gücləndirilib. Otel silahlı polislərlə mühafizə olunur.

 

Sabah baş tutacaq qarşılaşma üçün “Stad de Frans”da 400 polis əməkdaşı iş başında olacaq. Bundan başqa, arenanın həndəvərində, xüsusən də, binalarda snayperlər öz yerlərini tutacaqlar. Paris və Brüsseldə baş verən terror hadisəsindən gözü qorxan Fransa hökuməti həm bunun təkarlanmamasına, həm də AVRO-2016-nı qəbul edəcək gücdə olduğunu göstərməyə çalışır.

 

Qeyd edək ki, Fransa – Rusiya oyunu sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.