[b]Fransa çempionatında ağır cəza – 10 oyun[/b]
16.09.2016 - 22:34
[b]Fransa çempionatında ağır cəza – 10 oyun[/b]

Fransa Liqası klublarından “Loryan”ın oyunçusu Benjamin Cennot 10 oyun cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun hakimi itələməsidir.

 

Fransa Futbol Federasiyasından verilən açıqlamada bildirilib ki, “Loryan” avqustun 20-də öz meydanında “Bastiya”ya 0:3 uduzarkən qarşılaşmanın 77-ci dəqiqəsində baş hakim Amaru Deloreyi itələyən və qırmızı vərəqə görən oyunçu Nizam İntizam Komitəsi tərəfindən 10 oyun cəzalandırılıb.

 

Qeyd edək ki, artıq iki görüşdə çıxış etməyən Cennot daha 8 qarşılaşmanı kənardan izləyəcək.

0