[b]Fransız futbolçu “Arsenal”dan getdi[/b]
09.07.2017 - 01:53
[b]Fransız futbolçu “Arsenal”dan getdi[/b]

“Tuluza” “Arsenal”ın hücumçusu Yaya Sanoqonu transfer edib. Apasport.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, tərəflər 2020-ci ilə qədər müqavilə imzalayıblar. 24 yaşlı fransız futbolçu 4 illik fasilədən sonra yenidən ölkəsində oynamaq şansı qazanıb.

 

Qeyd edək ki, “Oser”in yetirməsi olan Sanoqo 2009-2013-cü illər aralığında məhz doğma klubunda forma geyinib. 2013-cü ildə isə "Arsenal" onu rənglərinə bağlayıb. Lakin London təmsilçisi 2015 və 2016-cı illərdə onu "Kristal Pelas", "Ayaks" və "Çarlton Atletik"ə icarəyə verib.