Futbol qaydalarında tətbiq oluna biləcək daha bir yenilik sınaqdan keçiriləcək. Apasport.az saytının məlumatına görə, meydandan müvəqqəti kənarlaşdırmalar İngiltərədə sınanacaq.
Bu ölkənin futbol assosiasiyası yeniliyi 2017/18 mövsümündən etibarən aşağı liqalarda test edəcək. Yeniliyə əsasən hakimlə mübahisə üzündən sarı vərəqə alan futbolçuların 10 dəqiqəlik meydandan kənarlaşdırılacaq.
Bu, 6-cı və daha aşağı liqalarda, həmçinin qadın, yeniyetmə və həvəskar liqaların yarışında tətbiq ediləcək. Artıq 1000-dən artıq komandaya rəsmi məktub göndərilib.
Sınaq könüllü olduğundan klublar testlərdə iştirak üçün razılığını təsdiqləməlidi. Bunun üçün onlara stimul da verilib.
Belə ki, aşağı liqa klubları hər sarı vərəqə üçün 10 funt sterlinq cərimə ödəyir. Eksperimentə qoşulanlar bu cərimədən qurtulacaq.