Bakı “İnter”i mövsümə böyükhesablı qələbə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Mladost”u Serbiyada 3 cavabsız qolla keçib.
Bu qələbə Azərbaycan futbolu tarixinə avrokuboklardakı 11-ci böyükhesablı zəfər kimi düşüb.
“Qarabağ” hamıdan çox – 6 dəfə belə nəticə əldə edib. “İnter” isə 2-ci dəfə darmadağına sevinib. “Neftçi”, “Şəmkir” və “Qəbələ”nin bir belə uğuru var. Bu böyükhesablı qələbələrdən 8-i evdə, 3-ü səfərdə qazanılıb.
“İnter”in Serbiya zəfərinədək yalnız iki dəfə rəqib meydanında 3 və daha çox top fərqinə sevinmişdik. Bunlardan biri “Qarabağ”, digəri “İnter”in hesabında idi.
2012-ci ildə Estoniyada “Trans” 5 cavabsız qol vuran bakılılar səfərdəki böyükhesablı qələbə sayında önə keçib.
“Qarabağ” isə ilk belə uğurumuzun memarıdı. Ağdamlılar 2011-ci ildə Litvada “Banqa”ya “dərs keçib” – 4:0.