DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Norveç - Azərbaycan oyunu təmsilçilərimiz üçün tanış hakimə tapşırılıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-də baş tutacaq qarşılaşmanın baş hakimi Daniel Stefanski əvvəllər də həmyerlilərimizin matçına təyinat alıb.
1977-ci ildə anadan olan polşalı ötən il “Qəbələ”nin oyununda fit çalıb. 2013-cü ildən FİFA statusu daşıyan Stefanski “Lill”lə Fransadakı görüşdə baş hakim funksiyasını yerinə yetirib.
Avropa Liqasının III təsnifat mərhələsinin 1:1 hesabı ilə nəticələnən qarşılaşmanın referisi 3 sarı vərəqə göstərib. Bunlardan biri fransalılara, ikisi qonaqlara verilib.