[b]Futbolçumuz oynadı, komandası qalib gəldi[/b]
24.04.2016 - 01:21
[b]Futbolçumuz oynadı, komandası qalib gəldi[/b]

Sloveniya çempionatında 31-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Samir Məsimovun şərəfini qoruduğu "Domjale" səfərdə Velenye "Rudar"ıyla qarşılaşıb.

 

Samirin 83-cü dəqiqədə meydana çıxdığı oyun 2:1 hesabıyla qonaqların qələbəsiylə nəticələnib.

 

Hazırda hesabında 49 xal olan "Domjale" 3-cü pillədə qərarlaşıb.